ABŞ-ın neft ehtiyatlarının artım tempi azalıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatlarının artım tempi azalıb - RƏSMİ
# 07 may 2020 09:48 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə (27 aprel – 1 may), ABŞ-ın neft ehtiyatları 4,59 mln. barel artaraq (öncəki həftə – 20-24 aprellə müqayisədə, demək olar ki, iki dəfə az artım) 532,22 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 7,76 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR