Donald Trampın korteji qəzaya uğrayıb

Donald Trampın korteji qəzaya uğrayıb
# 15 may 2019 10:13 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın korteji Luiziana ştatında qəzaya uğrayıb.

ONA-nın məlumatına görə, bu barədə “Bloomberg”in müxbiri Cennifer Ceykobs öz “twitter” səhifəsində yazıb.

“Prezidentin olduğu avtomobil qaydasındadır. Lakin korteji müşayiət edən 3 motosiklet aşıb”,- deyə o bildirib.

Ağ evin mətbuat katibi Sara Sanders faktı təsdiqləsə də, hadisənin başvermə səbəbini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR