Prezident İlham Əliyev Bakıda otel açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda otel açılışında iştirak edib
# 11 may 2018 09:47 (UTC +04:00)

Bakıda “Dinamo” otelinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Sonra Azərbaycan prezidenti otelin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR