Kamran Əliyev: "Bakı, Sumqayıt və Abşerondan digər rayonlara getmək istəyənlər postlardan geri qaytarılacaq"

Kamran Əliyev: "Bakı, Sumqayıt və Abşerondan digər rayonlara getmək istəyənlər postlardan geri qaytarılacaq"
# 12 iyun 2020 18:52 (UTC +04:00)

“Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmazdan əvvəl Bakı, eləcə də Sumqayıt, Abşeron rayonunun bəzi sakinləri çalışırlar ki, sərləşdirilmiş karantin rejimi tətbiq olunmayan ərazilərə getsinlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

"Onlar düşünür ki, iki gün müddətində həmin yerdə olsunlar, sonra qayıtsınlar. Amma unutmaq lazım deyil ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazilərində giriş-çıxışa icazə verilmir. Bu, konkret olaraq 2 günlə bağlı deyil. Adı çəkilən şəhər və rayon sakinləri digər rayonlara gedə bilməzlər. Onların qeydiyyatı Bakı, Sumqayıt və ya Abşeronda olduğuna görə həmin şəxslər bu inzibati ərazilər sərhədində yerləşən karantin postundan onsuz da geri qaytarılacaqlar. Ona görə də sakinlərdən çox xahiş edirik ki, bu məqsədlə hansısa əraziyə getməsinlər. Başa düşmək lazımdır ki, bizim yaşadığımız ərazi narıncı zonaya aiddir. Yəni daha çox yoluxma halları burada olduğuna görə, bu sakinlər digər rayonlara qohumlarının yanına getməklə onları yoluxdura bilərlər", - deyə K. Əliyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR