Təhsil Nazirliyinin “AzEduNet” təhsil şəbəkəsi ilə İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm kompüter şəbəkəsi arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlıqlarında 10 Gbit/s portlar aktivləşdirilib.
İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin mart-aprel aylarında elm kompüter şəbəkəsinin ehtiyat xətinin sürəti 1Gbit/s çatdırılıb.
Qeyd edək ki, “AzEduNet” ilə “AzScienceNet” arasında təklif olunan internet trafikinin 70%-i təhsil müəssisələri üçün ayrılıb.
Cari ildə İnstitutda 7 kommutator, 2 marşrutizator avadanlığı sazlanaraq şəbəkədə istifadəyə verilib. Hazırda “AzScienceNet” şəbəkəsi üzərindən video-konfrans sisteminin yaradılması istiqamətində işlər aparılır.