Qaradağda məişət və təkər tullantıları ticarət mərkəzindən aralıda yanıb - RƏSMİ

Qaradağda məişət və təkər tullantıları ticarət mərkəzindən aralıda yanıb -  RƏSMİ
# 15 iyul 2019 18:49 (UTC +04:00)

Bu gün saat 17:10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) müşahidə kameraları tərəfindən “Binə” ticarət mərkəzindən aralıda, dağlıq ərazidəki 100 m2 sahədə məişət və təkər tullantılarının yanması qeydə alınıb.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.

Qeyd olunub ki, yanğın saat 17:50-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Fövqəladə Hallar Nazirliyi olaraq kütləvi informasiya vasitələrindən xahiş edirik ki, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar”, - Nazirlikdən bildirilib.

Qeyd edək ki, bir sıra mətbuat orqanında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə"-“Elit” Ticarət Mərkəzində yanğının baş verməsi ilə bağlı xəbər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR