Ermənistanın Baş naziri Nikol Paşinyan və ailə üzvləri yeni növ koronavirusdan (COVID-19) sağalıblar.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Nikol Paşinyan "Facebook"da bildirib: “Əziz həmvətənlər, ikiqat testimizin nəticələrini aldıq. Hamımızın nəticələri mənfidir. Dünən də nəticələr mənfi idi".
Nikol Paşinyan əlavə edib ki, o, tam şəkildə işə geri dönür.
Xatırladaq ki, iyunun 1-də Ermənistanın Baş Naziri Nikol Paşinyan “Facebook” səhifəsində koronavirusa yoluxduğunu açıqlayıb. Koronavirus testinin müsbət çıxdığını deyən N. Paşinyan iqamətgahından işləyəcəyini söyləyib.