Azərbaycan Respublikasının Mərkəzi Bankının COVID-19 pandemiyası ilə əlaqədar olaraq, sahibkarlara dəstək məqsədli tövsiyyələrinə uyğun olaraq "Rabitəbank" POS terminal tariflərinə güzəşt edilməsinə dair qərar qəbul edib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq, "Rabitəbank" ilə müştəri arasında bağlanmış pos terminal müqaviləsində qeyd olunan aylıq xidmət haqqı tətbiq edilən cari POS terminal müştəriləri üzrə 30.09.2020-ci il tarixinə qədər 50% endirim tətbiq ediləcək. Həmçinin Mərkəzi Bankın tövsiyəsinə əsasən, AZİPS və XÖHKS ödəniş sistemi ilə banklararası köçürmələrə də 50% endirim ediləcək. Bu güzəşt həm sahibkarlara, həm də fərdi müştərilərin köçürmələrinə şamil edilir. Qeyd edək ki, aylıq komissiya haqqına güzəşt may-sentyabr aylarını əhatə edəcək.
Bu təkliflə yanaşı 5 avqust tarixinədək bankda yeni sahibkarlıq hesabı açan müştərilərə aşağıdakı xüsusi üstünlüklər təqdim olunur:
- İlk 3 ay ərzində müəssisələrdən əmək haqqı köçürmə komissiyasının alınmaması, əmək haqqı kartlarının pulsuz verilməsi;
- Köçürmə komissiyaları üçün istifadə edilə biləcək 50 AZN dəyərində bonusların verilməsi;
- 0% konvertasiya komissiyası;
- İlk 3 ay ərzində hesab üzrə vəsaitin nağdlaşdırılması 0%;
- POS terminal üzrə aylıq xidmət haqqı 0 AZN;
Həmçinin, kampaniyadan yararlanan müştərilərilərə internet bankçılıq xidmətinə qoşulma, istənilən valyutada hesab açma, bir illik SMS və e-mail məlumatlandırma, VÖEN hesaba bağlı iki illik BizKart və bir ədəd çek kitabçası tamamilə pulsuz təqdim edilir.
POS terminal tarifləri və şərtləri haqqında daha ətraflı məlumat üçün, https://www.rabitabank.com/bank-xidmetleri linkinə daxil olaraq tanış olmaq olar.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.