Ağdamda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib - FOTO

Ağdamda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib - FOTO
# 06 iyul 2019 14:55 (UTC +04:00)

Ağdamda yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alıbəyli-2 qəsəbəsində qeydə alınıb. 27 yaşlı Quliyev Tural Hilal oğlu qonşusunun həyətində baş verən yanğını söndürmək üçün müdaxilə etdiyi zaman tüstüdən zəhərlənib.

T.Quliyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR