DİM: Bu il keçid balları aşağı düşə bilər

DİM: Bu il keçid balları aşağı düşə bilər
# 24 iyul 2019 16:58 (UTC +04:00)

“Bu il keçid balları 20-50 bal daha aşağı ola bilər”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, bunu ümumi nəticələri təhlil edərkən demək mümkündür.

X. Xanlarzadə qeyd edib ki, keçid balının formalaşması müsabiqə yekunlaşanda bilinir və bunun üçün bir sıra parametrlər var: “Bu, ilk növbədə abituriyentlərin sayından, imtahan nəticələrindən və plan yerlərinin sayından asılıdır. Abituriyent jurnalları vasitəsilə qəbul planının yerlərinə baxmaq lazımdır. Məsələn, bu il I ixtisas qrupu üzrə 15223 qəbul planı ayrılıb, ötən il isə bu rəqəm 14475 idi, yəni bu il 748 plan yeri fərqi var. Dövlət sifarişli yerlərin sayında kəskin artım var. Bu il dövlət sifarişli qəbul yerlərinin sayı 9351-dir, ötən il isə bu rəqəm 5731 yer idi. Yəni ötən illə müqayisədə bu il 3620 yer artıqdır”.

Qeyd edək ki, ali məktəblərə ixtisas seçimi avqustun 6-da qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR