İdlib və Hələb əyalətlərində yaşayış məntəqələri atəşə tutulub

İdlib və Hələb əyalətlərində yaşayış məntəqələri atəşə tutulub
# 23 aprel 2020 00:11 (UTC +04:00)

Suriyanın İdlib və Hələb əyalətlərində “Cəbhat Ən-Nüsrə” terror təşkilatının silahlıları yaşayış məntəqələrini atəşə tutub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri kontr-admiral Oleq Juravlyov deyib.

“Ötən gün ərzində Türkiyənin nəzarətində olan ərazilərdən qanunsuz silahlı qruplaşmalar tərəfindən atəş qeydə alınmayıb. Bunun əvəzində İdlib əyalətindəki Kafer-Mus, Hələb əyalətində isə Acel məntəqələri “Cəbhat ən-Nüsrə” terror təşkilatı mövqelərindən atəşə tutulub”, – deyə Juravlyov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR