Səbail rayonunda 55 yaşlı qadın döyülərək pulu əlindən alınıb

Səbail rayonunda 55 yaşlı qadın döyülərək pulu əlindən alınıb
# 23 iyun 2019 03:05 (UTC +04:00)

Bakının Səbail rayonunda bir nəfər qadının döyülməsi faktı aşkarlanıb.

APA xəbər verir ki, hadisə rayonun M.Hüseyn küçəsində yerləşən restoranlardan birində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Məhərrəmova Səbinə Gündüz qızı restoranda naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək 221 manat pulu əlindən alınıb.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR