DSK: ​​​​​​​Azərbaycanda demoqrafiyanın dinamikası əksər lider ölkələrlə müqayisədə müsbətdir

DSK: ​​​​​​​Azərbaycanda demoqrafiyanın dinamikası əksər lider ölkələrlə müqayisədə müsbətdir
# 02 iyul 2019 16:56 (UTC +04:00)

Azərbaycanda demoqrafik göstəricilərin dinamikası əksər lider ölkələrlə müqayisədə müsbətdir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, ölkədə doğum səviyyəsi ölüm səviyyəsindən xeyli yüksəkdir və bu da Azərbaycanda əhalinin təkrar istehsalını bu gün təmin edir.

"Eyni zamanda tendensiyanı izləyərkən demək olar ki, artıq çoxuşaqlı ailələrin sayının azalma tendensiyası Azərbaycanda da mövcuddur və tədricən bu məsələlərdə əhalinin artımında bir qədər səngimələr müşahidə olunur", - deyə T. Budaqov qeyd edib.

O həmçinin əlavə edib ki, bu gün Rusiyada əhali azalmağa doğru gedir və bu ölkədə əhalinin artımı ilə bağlı bir sıra dövlət proqramları icra olunur.

"Hazırda Azərbaycanda da bu sahədə işlər görülür. Düşünürəm ki, bu statistikanın işi deyil. Statistikanın əsas məqsədi vəziyyəti ortaya qoymaqdır, aidiyyəti dövlət qurumlar isə bu sahədə müvafiq siyasətin icra etmələrindən ibarətdir. Ümumiyyətlə, ölkədə demoqrafik vəziyyət, hələ ki, stabildir və təkrar istehsal təmin olunur. Bizdə artım əvvəlki sürətlə olmasa da, davam edir. Ona görə də bu il ölkə əhalisi 10 milyona çatdı və aprel ayında bu rəqəm daha da artdı", - deyə T. Budaqov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR