Tərtərdə ananın övladına işgəncə verməsi faktı ilə bağlı cinayət işi başlanıb

Tərtərdə ananın övladına işgəncə verməsi faktı ilə bağlı cinayət işi başlanıb
# 12 fevral 2020 09:42 (UTC +04:00)

Tərtərdə ana azyaşlı övladını yandırıb.

APA-nın məlumatına görə, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb.

Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) maddəsilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR