COVID-19 pandemiyası səbəbi ilə Gürcüstanda müstəqillik günü münasibəti ilə genişmiqyaslı tədbirlər keçirilməyəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib.
O qeyd edib ki, pandemiya səbəbi ilə müstəqilliyin ildönümü kiçikmiqyaslı və müxtəlif formatlarda olan tədbirlərlə qeyd olunacaq.