"Lukoil" Xəzər dənizindəki yataqlarını aktiv inkişaf etdirir

"Lukoil" Xəzər dənizindəki yataqlarını aktiv inkişaf etdirir
# 01 iyul 2019 12:34 (UTC +04:00)

Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizinin şimalında yerləşən üç yatağının inkişafını aktiv davam etdirir.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, söhbət V. Filanovski adına, Y. Korçagin adına və "Rakushechnoye" yataqlarından gedir.

Hazırda “Rakuşeçnoye” yatağında stasionar platformanın tikintisi aparılır. Burada hasilatın başlanılması 2023-cü ilə nəzərdə tutulub. Platformadan illik hasilat 1,2 mln. ton səviyyəsində proqnozlaşdırılır.

V. Filanovski adına yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində iki yeni hasilat quyusu qazılıb. 2018-ci ildən burada illik hasilat 6 mln. ton səviyyəsində saxlanılır.

Bundan əlavə, Y. Korçagin adına yatağının ikinci mərhələsi çərçivəsində dördüncü quyunun tikintisi başa çatıb. Qazma proqramının reallaşdırılması nəticəsində bu ilin birinci rübündə yataqda neft istehsalını 27% artırmaq mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR