Fələstin lideri İsrail və ABŞ-la bütün razılaşmalardan çıxdıqlarını elan edib

Fələstin lideri İsrail və ABŞ-la bütün razılaşmalardan çıxdıqlarını elan edib
# 20 may 2020 02:38 (UTC +04:00)

Fələstin İsrail hökumətinin Fələstin torpaqlarını ilhaq etmək niyyətinə görə İsrail və ABŞ-la bütün razılaşmaları ləğv etmək qərarına gəlib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlətinin lideri Mahmud Abbas Əl-Cəzirə telekanalında canlı yayımda deyib.

Fələstin lideri bildirib ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bu gündən etibarən ABŞ və İsrail hökumətləri ilə, o cümlədən təhlükəsizliklə əlaqəli olan bütün razılaşmalar üzrə bütün öhdəliklərdən imtina edir.

Mahmud Abbas qeyd edib ki, Fələstini beynəlxalq təşkilatlar və qurumların tərkibinə daxil etməyin vaxtı çatıb: “Beynəlxalq birliyə üzv olduğumuz ərəb, islam və regional sazişlərə, beynəlxalq qanunlara, həmçinin istənilən formada beynəlxalq terrorizmlə qarşı mübarizəyə sadiq olduğumuzu bir daha təsdiq edirik”.

O əlavə edib ki, Fələstin üçüncü tərəfin vasitəçiliyi ilə Fələstin-İsrail qarşıdurmasına dair danışıqlara qayıtmağa hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR