Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 976 988,6 min manat dəyərində neft məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 27,1% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə ölkədə 1 556 037,3 min manat dəyərində neft məhsulları istehsal edilib.
Qeyd edək ki, 2020-ci ildə bu göstərici 2 726 573,4 min manat təşkil edib, bu da illik müqayisədə 6,6% azdır.