Fransada koronavirusdan ölənlərin sayı 29374 nəfərə çatıb

Fransada koronavirusdan ölənlərin sayı 29374 nəfərə çatıb
# 12 iyun 2020 22:25 (UTC +04:00)

 

Fransada son sutka ərzində koronavirusdan 28 nəfər ölüb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə günü ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkə üzrə yeni növ virusdan ölənlərin sayı 29374-ə çatıb: “Epidemiyanın başlamasından bəri Fransada 29374 nəfər ölüb, onlardan 18 990 nəfəri xəstəxanalarda dünyasını dəyişib. Sosial-tibbi müəssisələrdə qeydə alınan ölüm hadisələri barədə məlumatlar iyunun 16-da yenilənəcək”.

Qeyd edək ki, Fransada virusdan ölənlərin sayı bir gün əvvəl 29 346 nəfər idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR