Avropa ölkələrinin milli komandalarında ən çox oyun keçirən baş məşqçilərin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə hesabında 150 və daha çox olan mütəxəssislər yer alıb.
İndiyədək 6 çalışdırıcı Avropa yığmasını bu qədər matça baş məşqçi kimi çıxarmağa müvəffəq olub. Rekord isveçli Lars Laqerbekə məxsusdur. Karyerası ərzində qitənin üç millisini – İsveç, İslandiya və Norveçi çalışdıran mütəxəssisin aktivində 222 qarşılaşma var.
İkinci pillədə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsdur. Avropada üç yığmaya rəhbərlik edən almaniyalı vətəni və ölkəmizlə yanaşı Şotlandiyada da işləyib. Onun aktivində 205 matç var.
Foqtsun daha üç həmyerlisi siyahıya düşüb. Yoahim Löv 3-cü, Zepp Herberger 4-cü, Helmut Şön 6-cı sıradadır. Danimarkalı Morten Olsen də cədvəldə yer alıb.
1. Lars Laqerbek – 222 (İsveç – 2000-09, İslandiya – 2012-16, Norveç – 2017-...)
2. Berti Foqts – 205 (Almaniya – 1990-98, Şotlandiya – 2002-04, Azərbaycan – 2008-2014)
3. Yoahim Löv – 181 (Almaniya – 2006-...)
4. Zepp Herberger – 167 (AFR – 1936-64)
5. Morten Olsen – 166 (Danimarka – 2000-15)
6. Helmut Şön – 154 (Saar – 1952-56, AFR – 1964-78)