Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə büdcə daxilolmaları azalıb

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə büdcə daxilolmaları azalıb
# 16 may 2020 11:36 (UTC +04:00)

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 869 min manat həcmində vəsait daxil olub.

APA-Economics” bu barədə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2018-ci ilin icra göstəricisi ilə müqayisədə 962 min manat və ya 52,5% azdır.

Qeyd edək ki, bu kateqoriyadan olan daxilolmalar proqnozdan 3 051 min manat və ya 77,8% azdır. Belə ki, 2019-cu ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 3 920 min manat vəsait daxil olacağı proqnozlaşdırılırdı.

Məlumata əsasən, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmanın kəsirlə icra edilməsinin əsas səbəbi “Azər-Türk Bank” və “Azərloteraya” Açıq Səhmdar Cəmiyyətləri üzrədir.

Bildirək ki, “Azər-Türk Bank” ASC üzrə dövlət büdcəsinə dividend 2,1 mln. manat proqnoza qarşı icra 225,0 min manat və ya 89,0% kəsirlə yerinə yetirilib. Qeyd edək ki, Bankın aktivlərinin qiymətləndərilməsi nəticəsində əlavə ehtiyatların yaradılması zəruriyyəti xərclərinin artması, Azərbaycan Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin aşağı salınması, habelə depozit hərracında əməliyyat limitinin 300-350 mln. manatdan 100 mln. manata qədər azaldılması nəticəsində likvid vəsaitlərin yerləşdirilməsindən yaranan gəlirlərinin azalması, kredit resursları üzrə faiz gəlirliyinin azalması, ötən illərlə müqayisədə valyuta kurslarında yaranmış stabilliklə əlaqədar olaraq xarici valyuta əməliyyatlarından əldə olunan gəlirlərin həcminin azalması nəticəsində xalis mənfəət göstəricisinin büdcə proqnozundan daha az olması dividendlərin az ödənilməsinə səbəb olub.

“Azərloteraya” ASC üzrə dividend 1,7 mln. manat proqnoza qarşı icra 500,0 min manat və ya 70,6% kəsirlə yerinə yetirilib. Azalmanın əsas səbəbi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanı ilə Cəmiyyətin sərəncamında qalan xalis mənfəətinin 50%-inin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədəndənkənar gəlirlərinə aid edilməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR