Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
APA "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Məlumata əsasən, telefon danışığı zamanı yeni növ koronavirus infeksiyasına qarşı mübarizə və pandemiyadan sonrakı dövrdə atılacaq addımlarla əlaqədar əməkdaşlıq məsələləri müzakirə edilib.