DİM Gürcüstanda işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün test bankı hazırlayacaq

DİM Gürcüstanda işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün test bankı hazırlayacaq
# 20 may 2020 17:41 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze, həmçinin hər iki tərəfin rəhbər şəxsləri arasında onlayn konfrans formatında görüş keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Sofia Qorqodze arasında videokonfrans formatında görüş keçirilib və Anlaşma Memorandumu imzalanıb. görüşdə Anlaşma Memorandumunun imzalanmasına dair məmnunluq qeyd olunmaqla, sənəddə qeyd edilən aşağıdakı əməkdaşlıq istiqamətləri üzrə əldə olunmuş nəticələr müzakirə edilib və növbəti fəaliyyət planı nəzərdən keçirilib:

1. DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə İxtisas imtahanı üzrə qiymətləndirmə alətinə dair test bankının hazırlanması.

2. MQİM tərəfindən DİM-in Gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci siniflər) istifadə etdiyi test tapşırıqlarının ekspertizası;

Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə İxtisas imtahanı üzrə qiymətləndirmə alətinin tətbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı differensial əmək haqlarının müəyyən edilməsində istifadə olunacaq (hazırda bu differensial əmək haqqı sistemi qiymətləndirmə aləti olmadığından Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün şamil olunmur).

Əməkdaşlığa dair növbəti fəaliyyət planına əsasən aşağıdakı istiqamətlər müəyyən edilib: MQİM tərəfindən Azərbaycan məktəblərində Gürcü dili üzrə qiymətləndirmə alətlərinin hazırlanması üçün onlayn təlimin təşkili;

DİM tərəfindən Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən azərbaycanlı müəllimlər üçün video dərs vəsaitləri, həmçinin təlim nəticələrinin yoxlanması üçün qiymətləndirmə imkanları ilə təminat;

DİM və MQİM tərəfindən müxtəlif sahələrdə ingilis və ya rus dilində olan yoxlama-ölçmə materiallarının mübadiləsi;

DİM və MQİM arasında mütəmaddi olaraq brifinq xarakterli videokonransların təşkili və təcrübə mübadiləsinin davam etdirilməsi.

Görüş zamanı həmçinin pandemiya dövründə keçirilən imtahanların xüsusiyyətləri ölkə təcrübəsi və mövcud həll yolları istiqamətində təcrübə mübadiləsi aparılıb və DİM tərəfindən həyata keçirilən profilaktik tədbirlər yüksək qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR