Bakıda 85 yaşlı kişini öldürən şəxs apelyasiya şikayəti verib

Bakıda 85 yaşlı kişini öldürən şəxs apelyasiya şikayəti verib
# 01 iyul 2019 12:26 (UTC +04:00)

Bakıda 85 yaşlı kişini qətlə yetirən Sakit Mirzəyev barəsindəki hökmdən apelyasiya şikayəti verib.

APA-nın məlumatına görə, şikayət Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib.

Məhkəmə baxışı iyulun 3-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib. 85 yaşlı kişinin kəlbətinlə qətlə yetirildiyi məlum olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, Ə. Tağı-zadənin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb. S. Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR