"Barselona" klubu "Nou Kamp" stadionunun adının dəyişdirilməsinə qərar verib.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu arenaya yeni ad sponsoru axtarışına çıxıb.
Rəsmi yayılan xəbərdə bildirilib ki, koronavirus pandemiyasının ölkədə yaratdığı problemi aradan qaldırmaq üçün İdarə Heyəti bir mövsümlük stadionun ad haqqının satılmasını qərara alıb. Yeni sponsorluq məsələsi "Barsa vəqfi"nə həvalə edilib.
Buradan əldə ediləcək gəlir koronavirusla mübarizə və araşdırma çalışmalarına xərclənəcək: "Dünya müasir dönəmin ən böyük sağlamlıq, sosial və iqtisadi böhranından keçir. "Barselona" klubu da qeyri-müəyyənliyin hökm sürdüyü bu dövrdə insanların ehtiyaclarını qarşılamaq üçün fövqəladə bir qərar qəbul edib".
Qeyd edək ki, yeni sponsor tapılarsa, "Nou Kamp"ın adı tarixində ilk dəfə dəyişdiriləcək.
"Nou Kamp" stadionunun adı tarixində ilk dəfə dəyişdiriləcək
21 aprel 2020 17:54 (UTC +04:00)
Futbol
UEFA Millətlər Liqası: Azərbaycan-Slovakiya matçının hakimləri açıqlanıb
12:40
11 oktyabr 2024
DÇ-2026: Argentina xal itirib
10:23
11 oktyabr 2024
ML: Fransa və Norveçdən qələbə, İngiltərə Yunanıstana uduzub
04:33
11 oktyabr 2024
"Liverpul"un qapıçısı Alisson Beker noyabrın sonunadək sıradan çıxıb
18:37
9 oktyabr 2024