Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda koronavirusa (COVID-19) görə 92 000 nəfər tibbi yoxlanışdan keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə rayonun meri Zaur Darğallı bildirib. O deyib ki, tibbi yoxlanışla bağlı ilkin mərhələnin iki gün ərzində başa çatdırılması planlaşdırılır.
“Artıq 92000 nəfərin termal yoxlanışı həyata keçirilib, onlardan 6-sı səhra xəstəxanalarına yerləşdirilib. Həmin şəxslərdən ikisinin analizlərinin cavabı bu gün, dördünün isə sabah açıqlanacaq. Ehtimal ki, biz birinci mərhələni iki gün ərzində tamamlayacağıq”, - deyə Z. Darğallı bildirib.