2019-cu ili sonuna Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun aktivləri illik 10,6% artaraq bu ilin əvvəlinə 1 406 231 273 manat təşkil edib.
“APA-Economics” bu barədə Fondun ötən ilin yekunlarına dair audit hesabatına istinadən xəbər verir.
Bu müddətdə ipoteka kreditlərinin həcmi də 12,6% artaraq 998 158 213 manata çatıb. Banklarda yerləşdirilmiş depozitlər isə 2,2 dəfə azalaraq 23 830 818 manat təşkil edib.
Hesabat ilində Fondun öhdəlikləri 2,1% artaraq 754 397 012 manata yüksəlib, nizamnamə kapitalı 21,5% artaraq 566 mln. manat olub.
Audit hesabatında deyilir ki, 2019-cu ilin yekunlarına əsasən Fondun mənfəəti 18 694 850 manat təşkil edib.