Bakıdakı qatı dumanla əlaqədar əsas avtomagistrallarda sürət həddi endirilib

Bakıdakı qatı dumanla əlaqədar əsas avtomagistrallarda sürət həddi endirilib
# 05 mart 2020 09:13 (UTC +04:00)

Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR