Ziya Bünyadov prospektində 3 avtomobil toqquşub - FOTO - VİDEO

Ziya Bünyadov prospektində 3 avtomobil toqquşub - FOTO - VİDEO
# 01 fevral 2020 00:55 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

"Chevrolet Camaro" markalı avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman "Kia Sportage" markalı minik maşını ilə toqquşub, daha sonra səkiyə çırpılıb. Hadisə zamanı "Hyundai Elantra" markalı avtomobilə də yüngül ziyan dəyib.

Avtoqəzadan sonra prospektdə uzun tıxac yaranıb.

Yol qəzasının təfərrüatları araşdırılır. İlkin olaraq qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR