Şirvan sakini boğaz nahiyəsindən bıçaqlanıb

Şirvan sakini boğaz nahiyəsindən bıçaqlanıb
# 23 iyul 2019 00:41 (UTC +04:00)

Şirvan şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 23:30 radələrində Şirvan
şəhərinin “Köhnə şəhər” adlanan ərazisində baş verib.

Həmyerlisi tərəfimdən bıçaqlanan Şirvan sakini, 1980-ci il təvəllüdlü Zeynalov Əziz Salman oğlu boyunun kəsilmiş-deşilmiş yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralının boyun nahiyəsinə tikiş qoyulub. Hadisəni törədən şəxs qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR