Rusiyada tanınmış azərbaycanlı blogger Hüseyn Həsənov 3 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya KİV Moskvanın Xoroşevskiy Rayon Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məhkəmə azərbaycanlı bloggerin öz avtomobilinin dövlət nömrə nişanını gizlətməsinə görə onu 3 ay müddətinə sürücülük hüququndan məhrum edib.
Qeyd edək ki, azərbaycanlı H. Həsənov Rusiyanın tanınmış video bloggerlərindən biridir. Onun “Instagram” səhifəsinin 14 milyondan çox izləyicisi var.