Almaniya kubokunun yarımfinal oyunları təxirə salınıb

Almaniya kubokunun yarımfinal oyunları təxirə salınıb
# 27 mart 2020 21:49 (UTC +04:00)

Almaniya kubokunun yarımfinal mərhələsinin oyunları təxirə salınıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyasının ölkədə yayılması səbəbindən kubokun yarımfinal matçları qeyri-müəyyən müddətə təxirə salınıb. Həmin görüşlərin aprelin 21-22-də keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, Almaniya kubokunun yarımfinalında "Bavariya" "Ayntraxt"la, "Bayer" isə "Saarbryuken"lə qarşılaşmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR