Azərbaycan şəkər ixracını 45% azaldıb

Azərbaycan şəkər ixracını 45% azaldıb
# 20 oktyabr 2020 13:33 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 29 276,85 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 45,2% azdır.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin doqquz ayında 12 372,10 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 46,6% azdır.

Cari ilin yanvar-sentyabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,96%-ə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR