Avropada 40 milyondan çox insan ödənişsiz məzuniyyətə göndərilib

Avropada 40 milyondan çox insan ödənişsiz məzuniyyətə göndərilib
# 05 may 2020 15:46 (UTC +04:00)

Avropada 40 milyondan çox işçi ödənişsiz məzuniyyətə göndərilib. Bundan öncə onların maaşlarının bir hissəsi dövlət tərəfindən ödənilirdi.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, dövlət dəstəyi olmadan çox bir insan ümumiyyətlə iş yerini itirə və bu da işsizliyin hələ müşahidə olunmayan bir səviyyəyə yüksəlməsinə səbəb ola bilərdi.

"Bloomberg Economics"in ekspertlərinin yeni araşdırmalarına görə, məzuniyyətdə olan bütün işçilər işlərini itirsə, Avropanın dörd ən böyük iqtisadiyyatı olan Almaniya, Fransa, İtaliya və İspaniyadakı işsizlik səviyyəsi 42%-ə çatacaq.

Qeyd edilir ki, bunun baş verməməsi üçün Avropa dövlətləri tədbirlər planı hazırlayır. Hesablamalara görə, işçilər üçün mart-may aylarının tətil proqramlarının təxmini xərcləri 100 mlrd. avro təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR