İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib.
APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in sözçüsü Abbas Musəvi deyib ki, ABŞ-ın sanksiyaları beynəlxalq hüquqa ziddir.
“ABŞ-ın yeni sanksiyaları bundan əvvəlki sanksiyaların uğursuzluğa düçar olduğunu göstərir. İrana qarşı nəticəsiz, təkrar və kortəbii sanksiyalar göstərir ki, ABŞ nə edəcəyini bilmir”, - deyə XİN rəsmisi vurğulayıb.