Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət olub - YENİLƏNİB

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət olub  - YENİLƏNİB
# 11 fevral 2020 11:58 (UTC +04:00)

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma daha 3 müraciət olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib.

Bununla da hava şəraiti ilə bağlı müraciət edənlərin sayı 5-ə çatıb. Onlarda diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi qeydə alınıb. Müraciət edən şəxslərin hamısı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.

***

11:20

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma iki müraciət olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib.

Onlardan birində sol diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Müraciət edən şəxslərdən biri hospitalizasiya edilib, digəri yardım göstərildikdən sonra evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR