Putin G-20 sammiti çərçivəsində Yaponiyanın baş naziri ilə görüşəcək

Putin G-20 sammiti çərçivəsində Yaponiyanın baş naziri ilə görüşəcək
# 31 may 2019 08:53 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe iyun ayının 29-da Osaka şəhərində “Böyük İyirmilik” sammiti çərçivəsində görüş keçirəcək.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov yaponiyalı həmkarı Taro Kono ilə keçirilən görüşün nəticələri barədə açıqlamasında deyib.

“Biz iyunun 29-da G-20 sammiti çərçivəsində planlaşdırılan prezident Putinlə baş nazir Abenin növbəti görüşünə hazırlıq ərəfəsində bütün sahələrdə əlaqələrimizin inkişafına dair saatlarla söhbət etdik”, - deyə Lavrov bildirib.

Rusiyalı rəsminin sözlərinə görə, dövlət başçılarının görüşünə hazırlıq çərçivəsində iki ölkənin müdafiə və xarici işlər nazirləri də “2+2” formatında konfliktlərin nizamlanmasını və xarici siyasət əməkdaşlıqlarını müzakirə ediblər.

Qeyd edək ki, sammit iyunun 28-29-da Osakada baş tutacaq. Bu, Yaponiyada baş tutacaq ilk belə forumdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR