“Neftçi” Avropa Liqasının ilk oyununa yollanır - FOTOSESSİYA

“Neftçi” Avropa Liqasının ilk oyununa yollanır - FOTOSESSİYA
# 09 iyul 2019 11:34 (UTC +04:00)

Bakının “Neftçi” klubu Moldovaya yollanır.

APA-nın məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Speranta” klubu ilə görüşəcək Azərbaycanın ən titullu komandası bu gün səfərə çıxır.

Paytaxt təmsilçisi iyulun 11-də baş tutacaq ilk oyundan iki gün öncə Kişinyova üz tutacaq. Saat 12:55-də Bakı-İstanbul-Kişinyov marşrutu ilə səfərə çıxacaq “ağ-qaralar” Moldova paytaxtına 24 futbolçu ilə gedir. “Neftçi” “Zimbru” stadionundakı matçın hazırlığını da bu ölkədə başa vuracaq.

Qeyd edək ki, “Speranta” – “Neftçi” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR