Bu ilin I rübündə DMX tərəfindən 3300-dən çox qərar qəbul edilib

Bu ilin I rübündə DMX tərəfindən 3300-dən çox qərar qəbul edilib
# 21 aprel 2020 17:07 (UTC +04:00)

2020-ci ilin I rübü ərzində Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 3389 qərar qəbul edilib.

DMX-dan APA-ya verilən məlumata görə, 1685 qərar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlıdır:

“Onlardan 1120-si cəriməni ödəməklə ölkə ərazisini tərk etmə, 565-i ölkə ərazisində yaşamanı qanuniləşdirmə barədədir. Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 1558 qərardan 351-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 1207-si Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub”.

Məlumatda bildirilib ki, müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə əlaqədar 69, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya ölkəmizdə yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 28 qərar qəbul edilib.

48 qərar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasını özündə əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR