"Ryanair" büdcə aviaşirkəti 3 min işçisini ixtisar edəcəyini və bunun Avropada olan rəqib aviaşirkətlərinin 33 mlrd. ABŞ dollarlıq dövlət yardımına cavab kimi olacağını bildirib.
"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, aviaşirkət hazırda özünün normal sərnişin yükünün 1%-dən az həcmini daşıyır və 2022-ci ilin yayına qədər vəziyyətinin tam bərpa olunmasını gözləmir.
"Ryanair" bildirib ki, dövlət yardımının ancaq flaqman olan "Air-France KLM", "Lufthansa AG", "Alitalia SpA" və SAS kimi aviaşirkətlərə ayrılması sağlam rəqabətə ziddir və büdcə aviaşirkəti bununla bağlı Avropa məhkəməsinə müraciət edəcək.