Gürcüstanda koronavirusdan ölənlərin sayı 11 nəfərə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 11 nəfərə çatıb
# 11 may 2020 13:58 (UTC +04:00)

Gürcüstanda daha bir nəfər yeni növ koronavirus infeksiyasından ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-dan ölənlərin sayı 11 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda təsdiqlənmiş yoluxma hallarının sayı 638-ə çatıb. Yoluxanlardan 317 nəfərin sağaldığı bildirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR