Sabirabadda baş vermiş avtoqəzada ölənlərin sayı artıb - YENİLƏNİB-1

Sabirabadda baş vermiş avtoqəzada ölənlərin sayı artıb - YENİLƏNİB-1
# 30 iyun 2019 00:32 (UTC +04:00)

Sabirabadda baş vermiş qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın Mil-Muğan bürosunın məlumatına görə, ötən gün səhər saatlarında Bakı-Bəhramtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində "VAZ 2107" və "Daewoo Nexia” markalı avtomobillərin toqquşması nəticəsində Bakı sakini, 1944-cü il təvəllüdlü İbadov Sücəddin Alış oğlu hadisə yerində ölüb.

Avtomobillərdə olan Bakı şəhər sakinləri, 1981-ci il təvəllüdlü İbadova Vəsilə Sabir qızı, 70 yaşlı Səyyad İbadova və daha bir nəfər Sabirabad xəstəxanasına, Saatlı rayonunun Qırağlı kənd sakini, 1990-cı il təvəllüdlü Əzizov Müşfiq Əlikərəm oğlu isə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Sonuncu 1 saat əvvəl aldığı ağır xəsarətlərdən Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.

***

Saat 09:36

Sabirabadda baş verən qəzadaa ölən və yaralananların adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə zamanı Bakı sakini, 1944-cü il təvəllüdlü İbadov Sücəddin Alış oğlu ölüb.

Bakı şəhər sakinləri, 1981-ci il təvəllüdlü İbadova Vəsilə Sabir qızı, 70 yaşlı İbadov Səyyad və daha bir nəfər Sabirabad xəstəxanasına, Saatlı rayonunun Qırağlı kənd sakini, 1990-cı il təvəllüdlü Əzizov Müşfiq Əlikərəm oğlu isə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

***

Saat 09:17

Sabirabadda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Bəhramtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobillə "Daewoo Nexia” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. Onun sıxılmış meyiti FHN əməkdaşları tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə zamanı yaralanan 3 nəfər Sabirabad xəstəxanasına, 1 nəfər isə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Ölən və xəsarət alanların şəxsiyyəti aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR