Bu il Azərbaycanda 1639 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Bu il Azərbaycanda 1639 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib
# 06 iyul 2019 15:41 (UTC +04:00)

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu ilin 01 yanvar – 06 iyul tarixlərində 131 siqnal (əməliyyat çağırışı) əsasında 114 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib.

Ümumilikdə 1639 ədəd partlamamış hərbi sursat (PHS), 16,236 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 17 ədəd tank əleyhinə mina və 30 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 127,145 kv.m ərazi yerüstü və 8602 kv.m ərazi yeraltı yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR