“Səbail” yenə qol vura bilməyib

“Səbail” yenə qol vura bilməyib
# 29 iyun 2019 04:04 (UTC +04:00)

Yeni mövsümə Bolqarıstanda hazırlaşan Bakının “Səbail” klubu növbəti yoxlama oyununu keçirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi 3-cü yoxlama görüşündə "Klinçeni" ilə qarşılaşıb.

Aftandil Hacıyev yetirmələri bu dəfə də qola həsrət qalıblar. Belə ki, Rumıniya təmsilçisi ilə matç 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Səbail" buna qədər "Lokomotiv"ə (Plovdiv, Bolqarıstan) 0:1, "Beroe"yə (Bolqarıstan) 0:4 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR