Qazaxda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Qurbanov Nizaməddin Cavid oğlu kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, N.Qurbanov kafedə yeyib-içdikdən sonra tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.