Azərbaycanda arıçılara dövlət tərəfindən dəstək göstəriləcək

Azərbaycanda arıçılara dövlət tərəfindən dəstək göstəriləcək
# 07 may 2020 14:45 (UTC +04:00)

"Arıçılıqla məşğul olan fermerlərə dövlət tərəfindən dəstək göstəriləcək".

Bunu APA-ya açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələri arı ailələrinin bir rayondan digər rayona köçürülməsində iştirak edə bilər.

"Əsas məsələ karantin rejimi dövründə rejimin tələblərinə mübahisəsiz şərtlə əməl etməkdir. Birinci məqsədimiz insanların sağlamlığını qorumaqdır. Əgər bir rayondan digər rayona getmək zərurəti yaranarsa və yaxud arı ailələrinin daşınması ilə bağlı hər hansı bir zərurət yaranarsa, Nazirlər Kabinetinin təlimatlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələri, o cümlədən Aqrar Xidmətlər Agentliyi fermerlərə yardım edə bilər", - deyə İ. Kərimov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR