Nazir: “Buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməlidir”

Nazir: “Buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməlidir”
# 14 fevral 2020 15:48 (UTC +04:00)

“IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır”.

APA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı etməli, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidirlər.

Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla bağlı işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR