Nardaran hadisələrinə görə həbs edilən şəxs kassasiya şikayəti verib

Nardaran hadisələrinə görə həbs edilən şəxs kassasiya şikayəti verib
# 15 oktyabr 2019 19:29 (UTC +04:00)

“Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımovla birgə həbs edilən Elgün Axundov Ali Məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, E. Axundov kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmənin baxış iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, E. Axundov 2015-ci ildə baş verən “Nardaran hadisələri” zamanı saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il 6 ay azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR