"Sberbank": Rusiya ÜDM-i bu il 4,2% azalacaq

"Sberbank": Rusiya ÜDM-i bu il 4,2% azalacaq
# 04 may 2020 16:33 (UTC +04:00)

Rusiyanın dövlət bankı olan “Sberbank”ın proqnozlarına əsasən, bu il ölkə iqtisadiyyatı 4,2% azalacaq, 2021-ci ildə isə 3,1% artacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə Rusiyada ÜDM 4% artacaq. Neftin qiymətini bu il 32 dollar səviyyəsində gözləyən bank, bu göstəricinin 2021-2022-ci illərdə 50-55 dollara çatacağını proqnozlaşdırır.

“Sberbank” Rusiya Mərkəzi Bankının uçot dərəcəsinin bu il 5%-dək azalacağını, 2021-2022-ci illərdə isə 5,75%-ə yüksələcəyini gözləyir.

Qeyd edək ki, “Sberbank”ın xalis mənfəəti bu ilin I rübündə 46,8% azalaraq 1,6 mlrd. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR