Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Maşlıq kəndinin ərazisində qeydə alınıb.
1979-cu il təvəllüdlü Mahir Nəzərovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sərnişinlər - 1980-cı il təvəllüdlü Səbuhi Ələmov və 2002-ci il təvəllüdlü Tural Kərimov xəsarətlərlə Cəlilabad rayon Diaqnostika Mərkəzinə çatdırılıblar. Yaralılardan T. Kərimov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.